logo

Zaur Qəhrəmanov: “SOCAR Turkey” ili yaxşı nəticələrlə başa vurur”

Views: 350

“SOCAR Terminal”, “Petkim” Neft-Kimya Kompleksi, STAR Neft Emalı Zavodu və Trans-Atlantik Boru Kəməri (TANAP) layihələri də daxil olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Turkey”in Türkiyədəki investisiyalarının həcmi 14 milyardABŞ dollarına çatıb. Partnyorları ilə birgə isə investisiyaların həçmi 16,5 milyardABŞ dollarını ötüb”.

 “Report” xəbər verir ki, bunu “SOCAR Turkey” şirkətinin Baş icraçı direktoru Zaur Qəhrəmanov şirkətin İstanbuldakı ofisində Azərbaycanın mətbuat nümayəndələri ilə görüşündə bildirib. O əlavə edib ki, pandemiya ilə əlaqəli çətinliklərə baxmayaraq, şirkət bu ilə yaxşı nəticələrlə yekun vurur.

Zaur Qəhrəmanov pandemiya ilə əlaqəli bütün çətinlikləri arxada qoyduqlarını bildirib: “Bundan əlavə, “Petkim” bu il fəaliyyət dövrünün rekord göstəricilərinə imza atıb”.

Onun sözlərinə görə, layihələrin investisiya xərcləri aşağıdakı kimi olub: STAR neft emalı zavodu 6,3 milyard ABŞ dolları, “SOCAR Depolama” 600 milyon ABŞ dolları, SOCAR konteyner terminalı 400 milyon ABŞ dolları, “Petkim” şirkətinin özəlləşdirməsinə investisiya – 2,04 milyard ABŞ dolları və cəmi 1 milyard ABŞ dolları təşkil edən illik əlavə 100 milyon ABŞ dolları. TANAP qaz xəttinin tikintisinə 6,5 milyard ABŞ dolları xərclənib.

0

Your Cart