“Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulduğu ilk gündən Dövlət Neft Şirkəti (SOCAR) bu təşəbbüsə böyük əhəmiyyət verir”.
“Report”un xəbərinə görə, bunu şirkətin vitse-prezidenti Süleyman Qasımov “Hasilat sənayesində şəffaflıq” portalının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, SOCAR öz fəaliyyətində effektivliyin artırılmasına şərait yaradaraq daima dövlətin maraqlarının qorunmasını təmin edib: “Prezident İlham Əliyevin şəffaflıq və korrupsiyaya qarşı çağırışlarını nəzərə alaraq, SOCAR bu istiqamətdə fəaliyyəti daima nəzərə alır”.