logo

“Şahdəniz-2” üçün 21 quyu qazılıb, 19-u tamamlanıb

Views: 84

Bu ilin II rübündə “Şahdəniz” qaz yatağındalı “Şahdəniz Alfa” platformasında quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “İstiqlal” qazma qurğusu 3 sualtı quyuda – SDF03, SDF04 və SDC05 quyularında – tamamlama işlərini bitirib. “Maersk Explorer” qurğusu SDH03 quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb – yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində dörd quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu və şərq cinahın şimal hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

0

Your Cart