logo

Heydər Əliyev adına NEZ-də emal edilən xam neftin həcmi 6 milyon tona çatıb

Views: 87

2020-ci ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 5 milyon 874,9 min ton neft və 82,1 min ton kənardan daxil olan xammal olmaqla, cəmi 5 milyon 957 min ton xammal emal edilib.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il üzrə “Davamlı İnkişaf Hesabatı”nda bildirilib.

Ötən il Heydər Əliyev adına NEZ-də 1 milyon 66,76 min ton avtomobil benzinləri (illik müqayisədə 0,5 % az), 217,06 min ton ilkin emal benzini fraksiyası (12 % az), 502,24 min ton reaktiv mühərrik yanacağı 502,24 min ton (15 % az), 2 milyon 032,32 min ton dizel yanacağı (2,3 % az), 335,06 min ton yüngül fleqma (4,7 % az), 12,45 min ton ağır fleqma (19,5 % çox), 61,6 min ton soba mazutu (2,1 dəfə az), 196,92 min ton neft koksu (17,4 % az), 187,2 min ton maye qazlar (5,4 % az), 49,97 min ton təmizlənmiş quru qaz (7,9 % az), 50,76 min ton atmosfer qazoyl fraksiyası (40,5 % az), 148,88 min ton vakuum qazoylu (8,6 % az), 36,31 min ton mühərrik yanacağı (11,6 % çox), 374,73 min ton bitum (44,1 % çox), 23,22 min ton sürtkü yağları (1,4 % çox) istehsal olunub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2022-2023-ci illərdə Azərbaycanda “Euro 5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və modernizasiya işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standardlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

0

Your Cart