logo

Azərbaycan I yarımillikdə İrandan 270 milyon kubmetrə yaxın qaz idxal edib

Views: 319

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 268 milyon 903,43 min kubmetr qaz idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Cari ilin yanvar-iyun aylarında Azərbaycana $10 milyon 206,53 min dəyərində qaz idxal edilib. Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş həcmlərdən gedir”, – deyə məlumatda qeyd olunur.

Hesabat dövründə qaz idxalının bütün həcmi İranın payına düşüb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə İrandan Azərbaycana qaz idxalı miqdar və dəyər ifadələrində 4,7 dəfə artıb.

2020-ci ildə Azərbaycana $5 milyon 102,43 min dəyərində 134 milyon 429,62 min kubmetr qaz idxal edilib. İdxalın bütün həcmi İranın payına düşüb.

interfax

0

Your Cart