logo

2020-ci ildə SOCAR-ın Ukraynada fəaliyyətindən gəlirləri $400 milyonu ötüb

Views: 163

2020-ci ildə “SOCAR Energy Ukraine” şirkətinin (SOCAR-ın törəməsi) Ukraynada fəaliyyətindən gəlirləri 684,581 milyon manat təşkil edib (cari məzənnə ilə $402,7 milyon).

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə SOCAR-ın 2020-ci il ərzində Davamlı İnkişaf hesabatında deyilir.

“2020-ci ildə “SOCAR Energy Ukraine” şirkətinin gəlirləri 684,581 milyon manat (azalma 6,2%), əməliyyat xərcləri – 574,848 milyon manat (azalma 12,7%), dövlətə ödənişlər – 1,955 milyon manat (azalma 50,3%), ə m ək haqqı sosial müdafi ə v ə imtiyazlar – 29,871 milyon manat (azalma 10,4%) təşkil edib”, – hesabatda deyilir.

Bundan başqa, 2020-ci ildə SOCAR-ın Ukraynada ekoloji vəziyyətin yaxşılaşdırılmasına xərcləri 2019-cu ildə $255 minə qarşı $237 min təşkil edib.

Hesabata əsasən, 2020-ci ilin sonuna SOCAR-ın Ukraynaya investisiyaları $300 milyona qədər qiymətləndirilir.

SOCAR 2009-cu ilin dekabr ayında Ukraynada “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyətə başlayıb. Şirkət Ukraynada 60 YDM-dən ibarət şəbəkə və 4 neft bazasının sahibidir. 

interfax

0

Your Cart