Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 70,1 min ton həcmində propilen, 81,7 min ton həcmində polietilen, 82,8 min ton həcmində etilen istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 65,6 min tonu əmtəəlik məhsulun payına düşüb.
Hesabat dövründə propilen istehsalı 5,3 %, əmtəəlik propilen istehsalı 2,7 % artıb.
Bu ilin ilk yarım ili ərzində ölkədə etilen və polietilen istehsalı isə müvafiq olaraq 6,2 % və 5,4 % azalıb.