logo

Azərbaycan mayda Türkiyəyə təbii qaz ixracını kəskin azaldıb

Views: 67

Bu ilin may ayında Azərbaycan Türkiyəyə 426,7 milyon kubmetr təbii qaz ixrac edib

“Report” xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 2,1 dəfə və yaxud 51,6 % azdır.

Hesabat ayında Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 11,85 % olub. Ölkəmiz Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb.

Belə ki, mayda Türkiyə 3 599,5 milyon kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayına nisbətən 34,9% çoxdur. Bunun isə 1 862,8 milyon kubmetri Rusiyadan, 860,7 milyon kubmetri isə İrandan alınıb.

20210-ci ilin yanvar-may aylarında isə Azərbaycandan Türkiyəyə 4 355,9 milyon kubmetr təbii qaz ixrac olunub. Bu da 2020-ci ilin ilk 5 ayı müqayisədə 3,8 % azdır.

0

Your Cart