logo

SOCAR-dan benzin qiymətinin artımı ilə bağlı AÇIQLAMA

Views: 430

Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

İ.Əhmədov bildirib: “Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir”.

SOCAR rəsmisi xatırladıb ki, pandemiyadan əvvəl premium benzinin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə ​​bu rəqəm 1.10-1.20 manata, sonra 1.25 manata düşüb, indi isə 1.40 manata yüksəlib.

İbrahim Əhmədov bildirib ki, bunun səbəbi dünya bazarlarında neftin qiymətinin artması və buna görə bu marka benzini istehsal edən ölkələrin və zavodların qiymətləri artırmasıdır.

“Qiymət dünya bazarlarında ucuzlaşarsa, bu markalı benzinin qiyməti də ölkəmizdə dəyişəcəkdir”, deyə SOCAR rəsmisi qiymət artımının səbəbini şərh edib.

Onun sözlərinə görə, gələcəkdə, 2022-ci ildə, Heydər Əliyev adına neftayırma zavodunun modernləşdirilməsi ilə əlaqədar Azərbaycan Avro-5 standartlarında bütün növ yanacaq istehsalına başlayacaq. Belə olan halda Azərbaycanda istehlakçılara təklif edilən Aİ-95 və Ai-98 markalı benzin artıq beynəlxalq bazarlardakı qiymətlərindən asılı olmayacaq.

“Ancaq hazırda yüksək oktanlı benzinlər ölkəyə idxal edildiyi üçün beynəlxalq qiymətdən asılılıq var”, deyə SOCAR rəsmisi fikrini yekunlaşdırıb.

0

Your Cart