Keçən həftə yanacağa olan tələbatın artacağına dair nikbin proqnozlar fonunda əhəmiyyətli bir artımdan sonra neft qiymətləri bu gün də 73 dollardan yüksək səviyyədə ticarət edilib.
“Goldman Sachs” bankının analitikləri bu yay neft qiymətlərinin 1 barel üçün 80 dollara çata biləcəyinə dair proqnozlarını açıqlayıblar.
Bu arada ABŞ-da işləyən qazma qurğuların sayı keçən həftə altı artaraq 365-ə çatıb və bu, 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.
London ICE Futures birjasında avqust Brent markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 16:35-də 73,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın sonundakı qiymətdən 0,55 dollar (0,76%) çoxdur.
Son bir həftə ərzində Brent 1,1% , WTI markalı neft isə 1,9% bahalaşıb. Eyni zamanda, neft üst üstə üçüncü həftədir ki, bahalaşmaqda davam edir.
Bundan əvvəl Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbinin 2022-ci ilin sonuna qədər pandemiya səviyyəsinə qayıdacağını bildirmişdi. 2021-ci ildə mütəxəssislər tələbin gündə 5.4 milyon barel artaraq – 96.4 milyon barelə, 2022-ci ildə – 3.1 milyon barel artacağını gözləyirlər.
Caspian Barrel