logo

Dünya Bankı Azərbaycanın dənizdə külək enerjisinin potensialını qiymətləndirir

Views: 66

Dünya Bankı (DB) Azərbaycanın dənizdə külək enerjisinin inkişafı üçün yol xəritəsi hazırlayır.

Report” xəbər verir ki, bu barədə Dünya Bankının Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.

“Hazırda külək enerjisinin potensialının qiymətləndirilməsi və onun ölkənin gələcək enerji gücündəki yerinin müəyyən edilməsi işində Azərbaycan hökumətinə kömək edirik. Biz bu sahədəki çağırışları, imkanları və çətinlikləri müəyyən etməkdə köməklik göstəririk”, – o deyib.

Yol xəritəsi geoməkan və iqtisadi təhlilləri, xərclərin modelləşdirilməsini, tədarük, infrastruktur, sosial və ekoloji əlaqələr zəncirinin qiymətləndirilməsini əhatə edəcək.

DB yol xəritəsini Böyük Britaniyanın “BVG Associates” (BVGA) şirkəti və Azərbaycan hökuməti ilə birgə hazırlayır.

Bu araşdırma Azərbaycanın dənizdə külək enerjisinin inkişafı üçün ən yaxşı yerlərin müəyyən edilməsinə yönəlib.

Qeyd edək ki, Azərbaycanın dənizdə külək enerjisinin potensialı 157 qiqavatt səviyyəsində qiymətləndirilir.

0

Your Cart