logo

Yanvar-aprel aylarında Azərbaycanın neft ixracından gəlirləri $4,3 milyardı ötüb

Views: 207

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 10 milyon 737 min 847,94 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hesabat dövründə Azərbaycandan $4 milyard 353 milyon 97,9 min dəyərində (azalma 9,7%) neft ixrac edilib.

Yanvar-aprel aylarında ixracın ümumi strukturunda neftin payı 68,4% təşkil edib.

“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $54,1 təşkil edib.

DGK-nın məlumatına görə, hesabat dövründə İtaliyaya 5 milyon 496 min 754,34 ton ($2 milyard 210 milyon 533,29 min dəyərində) neft ixrac edilib ki, bu da bütün neft ixracının 51,2%-ni təşkil edib.

Yanvar-aprel aylarında ölkələr üzrə neft ixracının strukturu:

ÖlkəHəcm(ton)Dəyər(min, $)
İtaliya5 496 754,342 210 533,29
Hindistan845 590,52346 185,84
İspaniya851 407,76332 430,75
Portuqaliya451 184,17193 469,98
Xorvatiya444 811,96177 191,49
İsrail397 463,26169 979,56
Ukrayna449 865,01160 753,33
Tunis343 486,91148 765,79
Belarus270 691,94118 892,03
Çin277 516,67102 592,36
Türkiyə232 773,6396 760,14
Böyük Britaniya180 697,9981 134,71
Tailand138 730,6266 166,58
İrlandiya87 840,9041 737,54
Almaniya91 823,8137 383,31
Rumıniya84 725,0830 584,11
Avstraliya20 884,2454 975,82
Çexiya37 259,2717 562,17
Rusiya248,2990,69

interfax

0

Your Cart