Qazaxıstanda orta aylıq əmək haqqı ötən ilin sonu ilə müqayisədə azalıb
Neft hasil edilən rayonlarda insanlar daha çox qanır
Bir işçinin 2021-ci ilin birinci rübü üçün orta aylıq nominal əmək haqqı 230,8 min təngə (cari kursla $545,14) təşkil edib.
Caspian Barrel Qazaxıstan İqtisadiyyat nazirliyinin məlumatına istinadən bildirir ki, bundan əvvəlki rübdə orta aylıq əmək haqqı 233,1 min təngə, bir il əvvəl 200,3 min təngə idi.
Keçən ilin eyni dövrü ilə müqayisədə əmək haqqının alıcılıq qabiliyyətindəki real artım 7,4% təşkil edib.
Yalnız Qazaxıstan Respublikasının dörd bölgəsində orta aylıq əmək haqqı ölkə üzrə ortalama əmək haqqından yüksək olub. Neft hasilatı olan Atırau bölgəsi liderdir (405.8 min təngə və ya $958,49), bunun ardınca yenə neft-qaz hasil olan Mangistau bölgəsi (344.3 min təngə) gəlir, daha sonra paytaxt Nur-Sultan (307.5 min təngə) və keçmiş paytaxt Almatı (268.5 min təngə) şəhərləri gəlir.
Digər bölgələrdə isə orta aylıq əmək haqqı ölkə üzrə göstəricilərdən aşağıdır.