logo

Özbəkistan paytaxtında qaz itkilərinin qarşısını almaq üçün ağıllı sayğaclar quraşdırmağa başlayacaqlar

Views: 132

Ağıllı qaz sayğaclarının bu ilin sonuna qədər Daşkənddəki bütün istehlakçılara quraşdırılması planlaşdırılır. Bu barədə dövlət qaz paylayıcı şirkəti məlumat verib.

Məlumata görə, paytaxtda 629 427 qaz istehlakçısı var ki, bunun da 448 073-ü çoxmərtəbəli binaların, 181 354-ü fərdi evlərin sakinləridir.

Sayğacların quraşdırılması əhali üçün pulsuzdur. Təşkilat sayğacların istismarı üçün beş illik zəmanət verdiyini də açıqlayıb.
Qeyd edək ki, Özbəkistan Mərkəzi Asiyanın iri qaz hasilatçısı ölkələrindən olsa da (2020-ci ildə burada 60 milyard kub metrə yaxın təbii qaz hasil edilib), ancaq mavi yanacaqdan qeyri-rasional istifadə çox geniş yayılıb, bu da ölkədə istrehlakçılar arasında sayğacla qaz alışının aşağı səviyyədə olmasından qaynaqlanır. Hələ də Sovet zamanı olduğu kimi əhalinin xeyli hissəsi qaza görə adambaşına fiksasiya edilmiş məbləğ ödəyir. 

Caspian Barrel

0

Your Cart