logo

BP “Qərbi Azəri” platformasında profilaktiki işləri yekunlaşdırdı

Views: 108

Qərbi Azəri platformasında 2021-ci il aprel ayının 22-də başlanmış  15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

Bu haqda bu gün Caspian Barrel-ə “BP-Azerbaijan” şirkətindən (“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə layihənin operatoru) məlumat veriblər.

Verilən məlumata görə, proqramda nəzərdə tutulmuş bütün işlər – inspeksiya və layihə işlərini vaxtından əvvəl – mayın 4-də uğurla tamamlamaq mümkün olub (ilkin qrafikə görə işləri mayın 6-da tamamlamaq nəzərdə tutulurdu) və artıq platformadan hasilat başlanılıb.

Hazırda hasilatın tədricən  əvvəlki səviyyəyə çatdırılması plan üzrə davam edir.

Qeyd edək ki, BP şirkətinin I rübün yekunları ilə bağlı açıqlamasında bildirilirdi ki, AÇG-də istismarda olan 6 platforma içərisində “Qərbi Azəri” hazırda ən məhsuldarıdır – yanvar-martın orta gündəlik hasilat göstəricilərinə əsasən bu platformadan 130 min barel neft hasil edilir.

 

0

Your Cart