logo

“Technip” “Azərkimya”da yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir

Views: 41

Fransanın “Technip Energies” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yenidənqurma və modernləşdirmə işlərini vaxtında yekunlaşdırmağı planlaşdırır.

Bu barədə “Report” Fransanın “Technip Energies” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.

Xatırladaq ki, 2020-ci ilin oktyabr ayından etibarən zavod sifarişlə etilen və propilen istehsal edir.

Sınaqlar göstərir ki, layihənin bir hissəsi kimi tətbiq olunan bütün texnoloji dəyişikliklərin düzgün işləyib. Müqavilə istismar sınaqları fevral ayında uğurla başa çatıb və zavod etilen və propilen üçün istehsal gücünə və keyfiyyət tələblərinə cavab verib.

Layihənin rəhbəri Stefano La Femina bildirib ki, bu, şirkətin bu texnologiyada konstruksiyaları nümayiş etdirən daha bir digər nəticədir.

Onun sözlərinə görə, layihənin bütün mərhələlərində – layihələndirmədən, satınalma, inşası və istismara verilməsinə qədər bütün mərhələlərdə nəzərə alan “Technip Energies”in yüksək keyfiyyət standartları, müəyyən olunmuş hədəflərə problemsiz çatmağını təmin edib.

Qeyd edək ki, 2016-cı il noyabr ayının 5-də “Azərkimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində “Technip İtaly S.p.A.” şirkəti və SOCAR arasında EPC müqaviləsi imzalanıb

Layihənin icrasından sonra zavodda etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.

0

Your Cart