logo

Gürcüstan Azərbaycandan neft bitumu idxalını 43 %-dən çox artırıb

Views: 64

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 8,6 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Hesabat dövründə Azərbaycan qonşu ölkənin bu neft məhsuluna olan tələbatının 84,3 %-ni ödəyib.

İllik müqayisədə neft məhsulunun idxal həcmində 43,3 % və yaxud 1,4 dəfə artım qeydə alınıb.

Yanvar-martda qonşu ölkə ümumilikdə 10,2 min ton neft bitumu tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 28,7 % və yaxud 4,1 min ton azdır.

0

Your Cart