logo

Bu il Azərbaycanda benzin istehsalı 28 % azalıb

Views: 92

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 810,3 mln manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 13 % azdır.

Hesabat dövründə 247,4 minton həcmində avtomobil benzini, 550,5 min ton dizel yanacağı, 15,3 min ton sürtkü yağları, 44,9 min ton neft bitumu istehsal edilib.

Belə ki, bu ilin ilk rübündə Azərbaycanda avtomobil benzini istehsalı 28 %, dizel yanacağının istehsalı isə 1,7 %, neft bitumunun istehsalı 17,8 % azalıb. Əvəzində sürtkü yağlarının istehsalı 2,3 dəfəartıb.

Həmçinin, bu ilin ilk üç ayında ölkədə 108 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 103,5 min ton ağ neft, 8,9 min ton yanacaq mazutu, 64,9 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 64,9 %, neft koksunun istehsalı 9,3 % artıb, ağ neftin istehsalı 29,4 %, yanacaq mazutunun istehsalı 67,8 % azalıb.

0

Your Cart