logo

Binəqədidə 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb

Views: 33

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən 1 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Qaz təchizatının bərpası üçün ərazidə təmir işləri aparılır.

0

Your Cart