logo

Biləsuvarda rayon mərkəzinin və bəzi kəndlərin qazla təminatı kəsilib

Views: 55

Gecə saatlarında ağır yük avtomobili qəza törədərək Biləsuvar rayonunun Xırmandalı, Yuxarı Ağalı kəndi istiqamətində diametri 225 mm olan qaz xəttinin 108 mm diametrində çıxışını zədələyib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qəza səbəbindən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin və rayon mərkəzinin bir hissəsinin qaz təminatında fasilə yaranıb. Artıq fəsadlar aradan qaldırılır və qısa zamanda qaz təchizatı bərpa olunacaq.

0

Your Cart