logo

“Azəriqaz”: Bu il 500 minə yaxın sayğacın yoxlanılması planlaşdırılıır

Views: 90

“Ölkə ərazisində köhnə sayğacların yeniləri ilə əvəz edilməsi prosesi davam edir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, sayğacların yoxlanılması məcburi prosesdir: “Çünki əhali üzrə sayğaclar 5 ildən bir dövlət yoxlamasına çıxarılır. Qeyri-əhali üzrə isə proses 3 ildən bir həyata keçirilir. Hazırda proses davam edir. Əgər sayğac əvvəldən ödənişli, yəni Smart tiplidirsə, sayğac dəyişdirilərkən əhaliyə seçim hüququ vermişik”.

R. Əliyev bildirib ki, bu il 500 min sayğacın dövlət yoxlanışına çıxarılması gözlənilir: “Ötən il bu rəqəm 480 min olub. Bu il isə 500 minə yaxın sayğacın yoxlanılması planlaşdırılıır”.

0

Your Cart