logo

Azərbaycanda təbii qaz hasilatı 4 % artıb

Views: 259

Bu ilin I rübündə Azərbaycanda ümumilikdə 8,753 milyon tona yaxın neft hasil edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqladığı rəqəmlərdə deyilir.

Məlumata görə, ölkə üzrə neft hasilatı 2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 5,9 % azdır.

Bu ilin yanvar-mart aylarında ölkə üzrə 10,398 milyard kubmetrdən çox qaz hasil edilib. Qaz hasilatında artım ilin I rübündə davam edib və bu da 2020-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 4,1 % çoxdur.

0

Your Cart