logo

Əliyev: 2022-ci ilə qədər Qarabağın enerji təchizatı tam təmin olunacaq

Views: 236

Azərbaycan hökuməti 2021-ci ilin sonuna kimi Qarabağ regionunun enerji təchizatını 100% tamamlamağı planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib

“Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır.10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq.biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100% tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var”, –

Əliyev cümə axşamı Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu videoformatda qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənir.

Əliyev xatırladıb ki, erməni işğalından azad olunmuş ərazilər “yaşıl enerji” zonası elanolunub. Həmin torpaqlarda bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etmək planlaşdırılır.

“Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var”, – Əliyev bildirib.

interfax

0

Your Cart