logo

Energetika naziri “Equinor” şirkətinin icraçı vitse-prezidentini qəbul edib

Views: 235

Energetika Nazirliyində Norveçin “Equinor” şirkətinin Beynəlxaq Kəşfiyyat və İstehsalat üzrə icraçı vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Nazir Pərviz Şahbazov şirkətin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edib, enerji əməkdaşlığına verdiyi töhfələri qeyd edib. “Equinor” ilə neft-qaz sahələri üzrə əməkdaşlıqla yanaşı, bərpa olunan enerji sahəsinin inkişafına təkan verəcək birgə layihələrin həyata keçirilməsi müzakirə olunub. Bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, bu istiqamətdə investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər və reallaşan layihələr barədə danışan nazir qeyd edib ki, yaşıl enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Görüşdə “Equinor” şirkətinin bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisindən istifadə sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib, şirkətin bu sahədə geniş təcrübəyə malik olduğu qeyd olunub.

0

Your Cart