logo

Bu il Azərbaycanda benzin istehsalı 35 %-dən çox azalıb

Views: 54

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 504,6 mln manat təşkil edib

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 17,9 % azdır.

Hesabat dövründə 148,9 minton həcmində avtomobil benzini, 356,3 min ton dizel yanacağı, 5,2 min ton sürtkü yağları, 23,3 min ton neft bitumu istehsal edilib.

Avtomobil benzini istehsalı 35,3 %, sürtkü yağlarının istehsalı 1,9 %, neft bitumunun istehsalı 22,8 %, dizel yanacağının istehsalı isə 4,2 %, azalıb.

Bu ilin ilk iki ayında ölkədə 76,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 65,3 min ton ağ neft, 4,1 min ton yanacaq mazutu, 41,8 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 73 %, neft koksunun istehsalı 5,8 % artıb, ağ neftin istehsalı 34,8 %, yanacaq mazutunun istehsalı 79,4 % azalıb.

0

Your Cart