Fransanın neft və qaz nəhəngi “Total” şirkəti atmosferə atılan tullantıların azaldılmasını əhatə edən bir transformasiya planı çərçivəsində adını dəyişdirmək niyyətini açıqlayıb.
Caspian Barrel şirkətin hesabatına istinadən bildirir ki, “Total” bundan sonra “TotalEnergies” adını daşımaq arzusundadır.
Fransa şirkəti enerji istehsalındakı artımı bundan sonra mayeləşdirilmiş təbii qaz (LNG), bərpa olunan enerji və elektrik enerjisi hesabına əldə edəcəyini planlaşdırır.
Şirkətin inkişaf planına əsasən, neft məhsullarının satışdakı payının 55% -dən 30% -dək azaldılması nəzərdə tutur.
“Total” şirkəti hesab edir ki, strategiyada dəyişikliklər cari on ildə baş verəcək.
“Bu transformasiyanı həyata keçirmət üçün qrup 28 may 2021-ci ildə səhmdarların ümumi illik yığıncağında onun adının “TotalEnergies”-ə dəyişdirilməsini təklif edəcək”, deyə şirkətin hesabında bildirilir.
“Total” bununla səhmdarların yeni strategiyaya və karbon neytrallığına doğru irəliləmək hədəfini dəstəkləyəcəklərinə inandığını qeyd edib.
“Total” dünyanın ən böyük neft və qaz şirkətlərindən biridir. Şirkət 130-dan çox ölkədə 100 minə yaxın işçi çalışır.
Hazırda “Total” şirkəti Xəzərin Azərbaycan sektorunun dərin hissəsində yerləşən “Abşeron” qaz-kondensat yatağı layihəsində 50% paya və Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində 5% paya malikdir.