logo

SOCAR-ın ötən ay Ukraynaya idxal etdiyi avtomobil benzininin həcmi açıqlandı

Views: 89

Bu ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Ukraine” şirkəti bu ölkəyə 2,4 min ton avtomobil benzini idxal edib

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun məlumatında deyilir.

Bildirilir ki, Azərbaycan şirkətinin Ukraynaya idxal etdiyi avtomobil benzini əsasən Polşa istehsalı olan yanacaqdır.

Ümumilikdə, bu ilin yanvar ayında Ukrayna bazarına avtomobil benzinin idxalı daha əvvəlki ilin analoji dövrü ilə müqayisədə 28 % artaraq 88,8 min ton təşkil edib. Bu növ yanacağın idxalı əsasən Belarusdan həyata keçirilib. Belə ki, bu ölkədən Ukrayanaya idxal edilən avtomobil benzinin həcmi 2020-ci ilin ilk ayının göstəriciləri ilə müqayisədə 60 % artıb və 77 min ton təşkil edib. Ancaq 2020-ci ilin ilk rübündə Belarusdan tədarük xammal təminatında yaranmış problemlər səbəbindən iki dəfə azalıb.

Məlumatya görə, Belarus istehsalı olan yanacağın 30 min ton həcmi Ukrayna şirkətləri tərəfindən spotla əldə edilib. Nəticədə 2021-ci ilin yanvar ayında “BRSM-Nafta” şirkəti 7 min ton və MozırNeft emalı zavodunun 3,5 min ton məhsulunu əldə edib. Bu da 2020-ci ilin yanvar göstəriciləri ilə müqayisdə 4,5 dəfə çoxdur.

Ötən ay Belarus yanacağının Ukraynaya əsas idxalçısı ОККО və WOG şirkətləri olub. Belə ki, ОККО 25,8 min ton (2,5 dəfə artım), WOG isə 13,6 min ton yanacaq (+33 %) idxal edib.

0

Your Cart