Ötən il Niderlandın “Royal Dutch Shell” enerji şirkətinin mənfəəti 2019-ci illə müqayisədə 71 % azalaraq 4,8 mlrd ABŞ dollarına enib
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla da “Shell”in mənfəəti son 20 ilin minimumunu yeniləyib.
Ötən ilin IV rübündə isə “Shell”in mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 87 % azalaraq 393 milyon ABŞ dollarına düşüb.
Qeyd edək ki, enerji şirkəti bu ilin ilk rübü üçün dividend ödənişlərini illik müqayisədə 4 % artırılmasını planlaşdırır.