logo

Ötən il TANAP-la 4,7 mlrd kubmetr təbii qaz nəql edilib

Views: 256

2020-ci il ərzində Azərbaycan Türkiyəyə 21 % çox, yəni 11,1 mlrd kubmetr qaz ixrac edib

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.

Məlumata görə, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə bu müddətdə 4,7 mlrd kubmetr qaz nəql olunub. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1,9 mlrd kubmetr və ya 68,8 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

0

Your Cart