logo

Ötən ay Azərbaycan 1,1 mlrd kubmetr təbii qaz ixrac edib

Views: 89

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 1 mlrd 120 mln 220,67 min kubmetr həcmində təbii qaz ixrac edib

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən məlumat verib.

Məlumata görə, ötən ay Azərbaycanın ixrac edilən təbii qazın dəyəri 100 mln 026,39 minABŞ dolları təşkil edib.

Bu ilin ilk ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 6,16 % olub.

0

Your Cart