logo

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

Views: 226

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 151,779 kilovatt/saat həcmində elektrik enerjisi idxal edib

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə həcm 96 % və yaxud 1,9 dəfə artıb.

Hesabat ayında Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə 12,724 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub. Bu, ötən ilin eyni göstəricisindən 51,8 % və yaxud 2 dəfə azdır.

0

Your Cart