logo

Bakıda piyadaların hərəkətinə mane olan qaz xətti toprağın altına köçürülüb

Views: 116

Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində piyadaların hərəkətinə mane olan qaz xəttinin bir hissəsi torpağın altına köçürülüb

Bu barədə “Report“a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bir müddət öncə “Bakmil” metrostansiyasının qarşısında yerləşən küçədə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qaz xətti ərazidə çoxdan yerləşir. Piyada keçidinin olduğu yaşıllıq ərazisi isə sonradan yaradılıb. Lakin buna baxmayaraq tez bir zamanda həmin yerdən hərəkət edən insanların rahatlığı üçün müvəqqəti olaraq daş hörgülü pilləkənlər quraşdırılıb.

Artıq “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi müvəqqəti piyada keçidini tamamilə ləğv edərək ərazidə qaz xəttinin bir hissəsini torpaq altına köçürüb. Beləliklə, piyadaların hərəkəti üçün tam normal şərait yaradılıb.

0

Your Cart