logo

Azərbaycandan Gürcüstana neft məhsullarının ixracı kəskin artıb

Views: 74

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan ümumi dəyəri 32,5 milyon ABŞ dolları olan 202,5 min kubmetr həcmində təbii qaz idxal edib

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, həcm illik müqayisədə 27% azalıb.

Hesabat ayında qonşu ölkə Azərbaycandan 4,7 milyon ABŞ dolları dəyərində 10,8 min ton neft və neft yağları da tədarük edib. Bu, 2020-ci ilin eyni göstəricisinə nisbətdə 10,6 min ton və yaxud 82 dəfə çoxdur.

0

Your Cart