logo

Azərbaycanda avtoyanacağa bir ayda $100 mln-dan çox vəsait xərclənir

Views: 373

2021-ci ilin yanvar ayında Azərbaycanda yanacaq istehlakçıları 172,1 milyon manat ($101,2 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib

“Cari ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 172,1 milyon manat və ya 5,4% gəlir əldə edilib”, – deyə məlumatda bildirilir.

2020-ci ilin yanvar ayı ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 12,1% azalıb.

2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.

interfax

0

Your Cart