logo

2020-ci ildə Azərbaycan təbii qaz ixracını 16 %-dək artırıb

Views: 71

2020-ci il ərzində Azərbaycanın xaricə qaz satışı 13,5 mlrd kubmetr təşkil edib

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.

Məlumata görə, bu da 2019-cu illə müqayisədə xaricə qaz satışı ümumilikdə 1,8 mlrd kubmetr, yəni 15,6 % çox olub.

2020-ci il ərzində 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21% çox, yəni 11,1 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,1 mlrd kubmetr olub. Bu da 2019-cu ilin göstəriciləri ilə müqayisədə 2,8 % azdır.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

0

Your Cart