logo

Noyabrda Azərbaycan Türkiyəyə qaz nəqlini 23 % artırıb

Views: 93

Ötən ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 064 mln kubmetr təbii qaz ixrac edilib

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 23,4 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Noyabr ayında Türkiyəyə qaz ixracına görə birinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2 mlrd 435 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 2,3 dəfə çoxdur. Noyabr ayında İran Türkiyəyə 790 kubmetr təbii qaz ixrac edib ki, bu da 2019-cui ilin noyabr ayı ilə müqayisədə 8 % azdır.

Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 27,93 % artaraq 5 mlrd 153 mln kubmetrə çatıb. Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 32,1 % artıma bərabərdir.

Bu miqdarın 4 mlrd 290,6 mln kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 52,5 % çoxdur.

0

Your Cart