logo

Dünya Bankı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Views: 77

2021-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı 1,9% təşkil edəcək, 2022-ci ildə iqtisadi artım 4,5%-ə qədər sürətlənəcək

Bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” (Global Economic Prospects) adlı yanvar məruzəsində qeyd olunur.

Dünya Bankının qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 pandemiyası səbəbindən 5% azalacaq.

Keçən ilin oktyabr ayında Dünya Bankl 2020-ci ildə Azərbaycanda ÜDM-in 4,2% azalacağını, 2021-ci ildə iqtisadi artımın 1,9%, 2022-ci ildə 2,8% təşkil edəcəyini proqnozlaşdırmışdı.

“2021-ci ildə Cənubi Qafqaz subregionunda artım 2,5% səviyyəsində proqnozlaşdırılır, çünki pandemiya və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sarsıntılar tədricən ikinci plana keçir. Bundan başqa, turizmin bərpası, eləcə də istehlakçıların və biznesin etimadının yüksəlməsi regionda iqtisadi artıma təkan verəcək”, – deyə məruzədə bildirilir.

Dünya Bankı ekspertləti hesab edirlər ki, 2021-ci ildə neftin qiyməti sabitləşdikcə Azərbaycanda iqtisadi fəallıq da artacaq. Bundan başqa, ölkə iqtisadiyyatı Qarabağın bərpasına investisiya qoyuluşundan və çəkilən xərclərdən fayda götürəcək.

“Azərbaycan və Ermənistan arasında sülh haqqında bəyanat isə regionda geosiyasi gərginliyi azaldacaq”, – deyə məruzədə bildirilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2020-ci ilin yekunları üzrə ölkədə ÜDM 4% azalacaq, 2021-ci ildə isə iqtisadi artım 3,4% təşkil edəcək.

Caspian Barrel

0

Your Cart