Yaponiyanın maliyyə strukturları Türkmənistanda investisiya fəaliyyətinin davam etdirilməsində maraqlıdır
Bu barədə Türkmənistan Xarici İşlər Naziri Rəşid Meredovun Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) rəhbəri Tadashi Maeda ilə dekabrın 22-də videokonfrans şəklində keçirdiyi görüşdə bildirilib.
Caspian Barreloilgas.gov.tm resursuna istinadən bildiri ki, görüş zamanı tərəflər Türkmənistan-Yaponiya münasibətlərinin bütün qarşılıqlı fəaliyyət spektri üzrə inkişafının yüksək dinamikasını qeyd ediblər. İki ölkə liderləri arasındakı fəal dialoq və prezident Qurbanqulu Berdıməhəmmədovun dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə şəxsi töhfəsi vurğulanıb.
Görüş iştirakçıları ticarət-iqtisadi əlaqələrə və Yaponiya şirkətlərinin Türkmənistan ərazisində genişmiqyaslı layihələrin həyata keçirilməsində iştirakına diqqət yetiriblər.
Bu sırada Yaponiya maliyyəsi və Yaponiya şirkətlərinin iştirakı ilə Kiyanlı məntəqəsində istifadəyə verilmiş qaz kimya kompleksi, Karabogaz şəhərindəki karbamid (təbii qazdan azot gübrələrinin istehsal edilməsi) zavodu və Axal vilayətindəki müasir texnologiyalar əsasənda təbii qazdan benzin istehsal edən zavod diqqətə çatdırıldı. Yapon tərəfdaşların iştirakı ilə Lebap vilayətində qaz turbinli elektrik stansiyasının inşasının davam etdiyi də qeyd edildi.
Tərəflər, həmçinin Türkmənistanın qaz kimya, nəqliyyat və kənd təsərrüfatı sahələrində yeni layihələrin həyata keçirilməsində birgə iş perspektivlərini də nəzərdən keçiriblər.