logo

Türkmənistan Çin bazarına boru kəməri ilə qaz ixracında lider ölkədir

Views: 175

Çinin təbii qaz idxalı oktyabr ayında (boru kəməri ilə və mayeləşdirilmiş formada) ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 12,057 milyard kubmetr təşkil edib

Caspian Barrel Çin Xalq Respublikasının gömrük statistikasının hesabatına əsasən bildirilir ki, bundan əvvəl qaz idxalatı üçüncü rüb ərzində – iyuldan sentyabr aylarına qədər daim artım nümayiş etdirib.

Oktyabr ayında idxal olunan mavi yanacağın orta qiyməti sentyabr ayında 208 dollardan və avqustda illik minimum 198 dollar olduqdan sonra min kubmetrə görə 233 dollara qədər yüksəlib.

2020-ci ilin 10 ayında isə Çin təbii qaz idxalını 5,7 artıraraq 107,268 milyard kubmetrə çatdırıb. 

Qeyd edək ki, idxalın strukturu və mənbələri haqqında daha ətraflı məlumatlar Çin gömrüklçüləri tərəfindən bir qədər sonra ictimaiyyət üçün açıqlanacaq. 

Çin Rusiya, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Myanmadan boru kəməri ilə qaz idxal edir. Maye qazın əsas təchizatçıları Avstraliya, Malayziya, İndoneziya və Rusiyadır. 

Çin bazarına boru kəməri qaz tədarükündə Türkmənistan liderdir. Türkmənistan öz qazını Çinə 2009-cu ilin dekabrında istismara verilmiş Mərkəzi-Asiya-Çin magistral kəməri ilə ixrac edir. 

Çinin yaydığı rəsmi məlumata görə, 2019-cu ilin sonun qədər bu kəmərlə Mərkəzi Asiyadan 294,6 milyard kub metr qaz idxal edib. Bu həcmlərin 87,5%-i və ya 258 milyard kub metri Türkmənistanın payına düşüb. 

2019-cu ilin yekunlarına görə, Çin Mərkəzi Asiyadan 47,9 milyard kub metr qaz idxal edib. Bu qazın 33 milyard kub metri Türkmənistandan idxal edilib.    

0

Your Cart