“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb
AZƏRTAC xəbər verir ki, “Fitch” gələn il “Brent”in orta neft qiymətinin 45 dollar olacağını nəzərdə tutur.
“Neft tələbatının qarşıdakı ilin ikinci yarısına qədər aşağı səviyyədə qalacağını gözləyirik. Ümumi peyvəndləmə ilə bağlı irəliləyişlər çox güman ki, sürətli olmayacaq. OPEC-in tələb-təklif tarazlığı ilə əlaqədar səyləri nəticəsində gələn il orta qiymətin 45 dollar olacağını gözləyirik”, – deyə agentlikdən bildirilib.
Qeyd edək ki, bəzi analitiklərin gözləntisi “qara qızıl”ın qiymətinin 50 dollar/barrel səviyyəsində olduğu halda, ekspertlərin əksəriyyəti qiymətin 49,35 dollar/barrel səviyyəsində olacağını proqnozlaşdırırlar.