logo

Azərbaycanda əmtəəlik qaz hasilatı 6%-dən çox artıb

Views: 83

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 31,7 milyon ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 31,55 milyon tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 7,7 % (əmtəəlik 7,8 %) az olub.

11 ay ərzində ölkədə 33,35 milyard kubmetr təbii qaz hasil edilib. Bu həcmin 23,6 milyard kubmetri əmtəəlik təbii qazın payına düşüb. Son 1 ildə təbii qaz hasilatı 3,6 %, əmtəəlik qaz hasilatı isə 6,4% artıb.

0

Your Cart