Rusiyanın təbii qaz ixracından gəlirləri azalıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın təbii qaz ixracından gəlirləri azalıb
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.
Məlumata görə, bu ilin 9 ayında ötən ilin analoji dövrü ilə müqayisədə Rusiyanın təbii qaz ixracından gəlirləri 47,3 % azalıb. Nəticədə Rusiya 16,24 mlrd ABŞ dolları dəyərində təbii qaz satıb.
Sentyabrda bu göstərici avqust ayına nisbətdə 23,7 % artıb. Pul ifadəsində tədarükün həcmləri 1,97 mlrd ABŞ dollarına qədər artıb.