logo

Rusiyanın neft ixracından gəlirləri 40 %-dən çox azalıb

Views: 323

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın neft ixracından gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40,3 % azalaraq 54,6 mlrd ABŞ dolları təşkil edib

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Sentyabr ayında Rusiya neftinin ixrac həcmləri avqust ayına nisbətdə 12 % artaraq 18,4 mln tona çatdırılıb. Pul ifadəsində tədarükün həcmi 9,1 % artıb və 5,34 mlrd ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan neftin tədarükünün fiziki həcmi 10 % azalaraq 179,7 mln ton təşkil edib.

0

Your Cart