logo

Azərbaycan qaz ixracından gəlirini 9 % artırıb

Views: 99

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11,1 milyard kubmetr həcmində təbii qaz ixrac edib

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 2 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş “mavi yanacağ”ın həcmi 16,2 %, dəyəri isə 8,6 % artıb.

Hesabat dövründə qaz ixracı Azərbaycanın ümumi ixracında 16,7 % paya malik olub.

0

Your Cart