logo

SOCAR Özbəkistanın qaz hasilatının artırılmasında iştirak edə bilər

Views: 320

Özbəkistan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “BP Plc”, “Total SA”, Rusiyanın “Rosneft” və “Novatek” kimi iri şirkətlər ilə ölkə daxilində qaz hasilatının artırılması ilə bağlı üç saziş imzalayacaq

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Özbəkistanın 2020-2025-ci illər üçün neft-qaz bazarının vəziyyəti, artımı və proqnozları ilə bağlı hesabatında deyilir.

Hesabata əsasən, gözlənilir ki, adıçəkilən şirkətlər bu ölkə ilə kəşfiyyat və işlənilmə ilə bağlı sazişlərdə iştirak edə bilərlər.

Bildirilir ki, bununla da, Özbəkistanda 42,7 trilyon kibfut təsdiq edilmiş təbii qaz ehtiyatları mövcuddur: “Bu xarici oyunçuların iştirakı ilə ölkədə təbii qazın hasilatı, guman ki, artacaq və yaxın illərdə bütün hasilat sektorunu stimullaşdıracaq.

report

0

Your Cart