logo

Rusiyanın Avropanın qaz bazarındakı payı azalır

Views: 379

Rusiyanın “Gazprom” şirkəti 2020-ci il ərzində Avropa bazarına 165-170 milyard kubmetr qaz ixrac edəcəyini proqnozlaşdırır. Rusiya qazının orta ixrac qiymətinin 1000 kubmetr üçün 120-130 dollar olacağı gözlənilir

Bu barədə 23 oktyabrda Şirkət İdarə heyəti sədrinin müavini, “Gazprom Export” şirkətinin baş direktoru Elena Burmistrova açıqlama verib.

Sentyabr ayında şirkətin açıqladığı proqnozda Avropa bazarına tədarük həcmləri ən azı 170 milyard kubmetr, orta satış qiyməti isə 130 dollar göstərilirdi. 

Burmistrova yeni proqnozunu “ehtiyatla nikbin” yanaşma adlandırıb.

Caspian Barrel “Gazprom” un hesabatına istinad edərək bildiri ki, qaz monopoliyası 2019-cu ildə Avropa bazarında 199 milyard kubmetr mavi yanacaq satmağa nail olmuşdu, qazın orta satış qiyməti isə 1000 kubmetr üçün 210 dollar təşkil etmişdi. 

Bu il koronavirus pandemiyası elan edilmədən əvvəl də “Gazprom” üçün ürək açan başlamamışdı. Fakt budur ki, 2019-cu ilin ikinci yarısında Rusiya qazının Ukrayna ərazisindən tranziti taleyindən ehtiyat edən Avropa istehlakçıları özlərinin qaz anbarlarını maksimum doldurmuşdular (“Gas Infrastructure Europe” Assosiyasının 2019-cu ilin oktyabr ayına olan məlumatlarına görə, yeralrı qaz anbarlarına 100,18 mlrd. kubmetr yanacaq tədarük edilmişdi).

2019–2020-ci illərin isitmə mövsümündə Avropada qaza tələbin azalmasının bir səbəbi də mülayim qışın keçməsi idi. Nəticə etibarilə bu ilin ilk yarısında “Gazprom” Avropaya qaz ixracını 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18% azalaraq 78,9 milyard kubmetrə qədər endirdi. “Gazprom” şirkətinin Avropa bazarındakı payı isə 2019-cu ilin sonundakı 36% -ə qarşı 2020-ci ilin iyunun axırında 27,8% -ə qədər azaldı.

0

Your Cart