Qazaxıstan 2020-ci ilin doqquz ayında 65 milyon tona yaxın neft hasil edib
Bu ilin doqquz ayında Qazaxıstanda 64,7 milyon ton neft hasil edilib. Bu barədə energetika naziri Nurlan Noqayev məlumat verib
“Cari ilin yabvar-sentyabr aylarında “Tengiz” yatağında 20,2 milyon ton neft hasil edilərək plan tapşırıqları 100,5% yerinə yetirildi. Xəzər dənizindəki “Kaşağan” yatağından isə neft hasilatı 11,5 milyon tona çatdı, yəni plan 100% həyata keçirildi. “Karaçaqanak” yatağının göstəriciləri 9 milyon ton təşkil etdi ki, bu da planın 102,2% yerinə yetirilməsi deməkdir”, deyə energetika naziri Qazaxıstan hökümətinin iclasındalı çıxışında vurğulayıb.
Nazirin sözlərinə görə, cari ilin 9 ayında Qazaxıstan 52,2 milyon ton neft ixrac edilb və ixrac planı 100% yerinə yetirilib.
Nurlan Noqayevin sözlərinə görə, hesabat dövründə ölkədə 41,6 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da plan tapşırıqlarına 99% əməl edilməsi deməkdir.
“Hesabat dövründə təbii qazın daxili bazarda istehlak həcmi 11,1 milyard kubmetr təşkil edib. Qaz ixracının həcmi isə hökumətin proqnozlaşdırdığı göstəricilərin 78,6%-i olmaqla 10,3 milyard kubmetrə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz ixracı həcmində geriləmənin səbəbi Çin Xalq Respublikasında koronavirus pandemiyası səbəbindən qaza olan tələbatın azalmasıdır”, – deyə energetika naziri izah edib.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, neft emalı həcmi 11,5 milyon ton təşkil edib ki, bu da plan tapşırıqlarından 1,9% aşağı nəticədir. Buna səbəb isə neft məhsullarına olan tələbatın COVİD-19 səbəbindən azalması göstərilib.