logo

“Azəriqaz” pilot layihə həyata keçirir

Views: 342

“Azəriqaz” İB-də məsləhət xidmətləri üzrə pilot layihənin həyata keçirilməsinə başlanılıb.

İB-dən AZƏRTAC-a bildirilib ki, layihəyə görə əməliyyat səmərəliliyi, qaz itkisi sisteminin təkmilləşdirilməsi, qaz şəbəkəsinin yenidən qurulması, nəqliyyat dəstəyi istiqamətləri üzrə tövsiyələrin hazırlanması, icra prosesinə müşahidə dəstəyinin göstərilməsi, “Azəriqaz” İB-nin işçi qrupu üçün təlimlərin təşkili planlaşdırılıb. Bakı şəhərinin Sabunçu rayonunda reallaşdırılan pilot layihəyə iyunun 1-dən start verilib. Plan üzrə işlər 8 ay davam edəcək.

Pilot layihə çərçivəsində “Azəriqaz” İB-nin əməkdaşları sənayenin ən qabaqcıl təcrübəsinə yiyələnə biləcək, tövsiyələr əsasında əməliyyat fəaliyyəti təhlil olunacaq, məsləhətlər təqdim ediləcək. Bu işdə Birlik tanınmış xarici təşkilatların mütəxəssislərinin təcrübəsindən də yararlanacaq.

Pilot layihənin həyata keçirilməsindən əvvəl və sonra çatışmazlıqların təhlili və əsas səmərəlilik göstəricilərinin monitorinqinin aparılması əsas hədəflərdəndir. Təhlil və tövsiyələri özündə cəmləyən yekun hesabat Bakı şəhəri daxilində 4 istiqamət üzrə gələcək fəaliyyəti ehtiva edən yol xəritəsinin hazırlanması üçün yaxşı baza rolunu oynayacaq. Bakı şəhərinin Sabunçu rayonunda pilot layihənin həyata keçirilməsi başa çatdıqdan sonra bu təşəbbüsün digər istehsalat sahələrinə ötürülməsi də nəzərdə tutulub.

0

Your Cart