Azərbaycanın energetika sahəsinə Rusiyanın sərmayələri $4 milyard təşkil edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
“2020-ci il aprelin 1-nə vəziyyətə görə, Azərbaycanın energetika sahəsinə Rusiyanın sərmayələri $4 milyard təşkil edib. Hazırda Rusiyanın “LUKOİL” neft şirkəti Azərbaycanda YEK sahəsində iri layihələrdə iştirak edir, “Rosneft” və “Qazprom” ilə əməkdaşlıq planları var”, – Şahbazov Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfrans zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya neftin tranziti məsələlərində fəal əməkdaşlıq edirlər.
“2020-ci ilin yamvar-may aylarında BTC ilə Rusiya neftinin tranzit həcmi 990 min ton təşkil edib”, – nazir qeyd edib.
Nazir əlavə edib ki, bu dövrdə SOCAR şirkəti Rusiyaya 33 min ton neft-kimya məhsulları ixrac edib, bu məsulların Rusiyadan Azərbaycana idaxlı 53 min ton təşkil edib.
Şhabazov bildirib ki, Azərbaycan və Rusiya Enegetika nazirlikləri energetika sahəsində əməkdaşlıq haqqında memorandumu imzalamaq üçün hazırlıq işləri aparırlar. “Əminəm ki, bu sənədin imzalanması qeyd edilən sahədə əməkdaşlığın genişlənməsinə gətirəcək”, – nazir hesab edir.