İyulun 28-dən etibarən Özbəkistan Tacikistandan qəbul edilən elektrik enerjisi həcmlərinin kəskin azalması səbəbindən Türkmənistandan tədarükə başlayacaq və daxili istehlakın məhdudlaşdırılması rejimini (müəyyən bölgələrə elektrik enerjisi müəyyən saatlrda limitlə veriləcək) tətbiq edəcək.
Bu barədə Özbəkistan “Milli Elektrik Şəbəkələri” ASC-nin mətbuat xidməti məlumat yayıb.
“Bu ilin 21 iyulundan etibarən Özbəkistanda istehsal olunan və istehlak edilən elektrik enerjisi arasında kəsir yaranmağa başlayıb. Respublikada müvəqqəti olarq isehlakçılara elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb 16 iyuldan başlayaraq qonşu Tacikistanın enerji sistemindən alınan elektrik enerjisinin idxalının kəskin azalması olub”, – mətbuat xidməti bəyan edib.
Səhmdar Cəmiyyətdən verilən məlumata görə, bu yay Tacikistan anbarlarında su çatışmazlığı səbəbindən gündəlik elektrik enerjisi idxalı orta hesabla 12 milyon kVt / saatdan 0.3 milyon kVt / saata qədər azalıb.
“Bu vəziyyəti sabitləşdirmək üçün Özbəkistan “Milli Elektrik Şəbəkələri” ASC, öz səlahiyyətləri çərçivəsində” Türkmənenergo” dövlət şirkəti ilə elektrik enerjisinin idxalı barədə saziş imzalayıb. Nəticədə iyulun 28-dən başlayayaraq türkmən enerjisinin idxalı həyata keçiriləcək”, – deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, Özbəkistanda su çatışmazlığı səbəbindən ölkənin su elektrik stansiyaları tərəfindən elektrik enerjisi istehsalı da gündəlik 6-7 milyon kVt / saat azalıb, yayda aktiv şəkildə təmir olunan istilik elektrik stansiyalarının enerji yükü isə artıb.
Caspian Barrel Sputnik agentliyinə istinadən xəbər verir ki, Özbəkistanın enerji sistemində ümumi gücü 12,4 min MVt-dan çox olan 48 elektrik stansiyasından ibarətdir, o cümlədən 10 istilik elektrik stansiyasının ümumi gücü – 10,6 min MVt təşkil edir. Qalan elektrik enerjisi su elektrik stansiyaları və sənaye müəssisələrinin muxtar istilik elektrik stansiyaları tərəfindən istehsal olunur. Elektrik enerjisi istehsalı potensialı ildə 60 milyard kilovat-saatdan çoxdur.